Menu

Bakı metrosunda işıq sönüb, eskalator dayandı

10.02.2015, 14:24

1393593229_1385979734_metro_tunel_000Bu gün saat 13:30 radələrində metronun “Elmlər Akademiyası” stansiyasında işıqlar sönüb. Bu barədə “APA-Economics”ə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

N.Paşayev qeyd edib ki, işıqların sönməsinə səbəb gərginliyin düşməsi olub: “Gərginliyin düşməsi səbəbindən stansiyada işıqlar sönüb, eskalator dayanıb”.

QSC rəsmisi əlavə edib ki, işıqların sönməsi qatarların hərəkətinə heç bir təsir göstərməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol