Menu

Müxalifət parlament seçkilərini boykot edə bilər

10.02.2015, 17:18
Müxalifət parlament seçkilərini boykot edə bilər

Demokratik Qüvvələrin Milli Şurası 2015-ci il parlament seçkiləri ilə bağlı bəyanat yayıb.

Bəyanda deyilir ki, Azərbaycan növbəti seçki ilini yaşayır. Təxminən 9 aydan sonra Milli Məclisə növbəti seçkilər keçirilməlidir. Lakin ölkədə seçki mühiti hiss olunmur...

Milli Şura hesab edir ki, Azərbaycan hakimiyyəti ölkədə normal seçkilərin keçirilməsinə şərait yaradacaq islahatların həyata keçirilməsi istiqamətində daxildən və beynəlxalq birlikdən səslənən çağırışları nəzərə almır.

Milli Şura vurğulayıb ki, 2015-ci il parlament seçkilərində iştiraka meyillidir və iştirak edəcəyi təqdirdə, seçkilərə ayrca seçki bloku kimi qatılacağını və həqiqi müxalifət mövqeyində duran ictimai-siyasi qrup və şəxslərlə əməkdaşlıq edəcəyini bildirir. Milli Şura bəyan edib ki, ölkədə normal seçki mühitinin yaradılması üçün islahatlara başlamaq – Seçki Məcəlləsində zəruri dəyişikliklər etmək, eləcə də seçki komissiyalarını yenidən formalaşdırmaq istiqamətində Milli Məclisdə təcili müzakirələr başlamalıdır.

Milli Şura həmçinin bildirib ki, seçki islahatları həyata keçirilməyəcəyi təqdirdə prosesin istənilən mərhələsində orada iştirakdan imtina hüququnu da özündə saxlayacaq(Turan).

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol