Menu

Qızğın döyüşün görüntüləri - Video

10.02.2015, 18:57
Qızğın döyüşün görüntüləri - Video

Separatçılar Kramatorsk şəhərini "Qrad" və "Uraqan"larla atəşə tutub

Ukraynanın şərqində yerləşən Kramatorsk şəhəri "Qrad", "Tornado" və "Uraqan"lardan atəşə tutulub. Kramatorsk rusiyapərəst separatçıların nəzarətində olan Qorlovka yaşayış məntəqəsindən atəşə tutulub.

Qorlovka Kramatorsk şəhərinin 50 kilometrliyində yerləşir. İlkin məlumatlara görə, 7 nəfər ölüb, 30 yaxın adam yaralanıb. Mərmilər bir neçə yaşayış binasını yararsız vəziyyətə salıb.

Şəhərdə şiddətli döyüşlərin getdiyini, ordunun itki verdiyini Ukrayna prezidenti Pyotr Poroşenko da təsdiqləyib.

Poroşenko parlamentdə çıxış edərkən mərmilərdən birinin şəhərdəki hərbi qərargaha düşdüyü bildirib.

Prezident dinc sakinlər və hərbçilər arasında itkilər olduğunu deyib. /ans

[gallery columns="5" ids="93614,93615,93616,93617,93618,93619,93620,93621,93622,93623"]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol