Menu

Deputat olmaq istəyən məmur vəzifəsini də itirdi

11.02.2015, 12:20
Deputat olmaq istəyən məmur vəzifəsini də itirdi

Türkiyədə bələdiyyə sədri siyasi "qəza"nın qurbanı olub.Musavat.com-un məlumatına görə, İzmirin millət vəkili olmağa iddialı bələdiyyə sədri, AKP üzvü Bilal Doğan vəzifəsini itirib. Parlament seçkilərində namizəd olmaq istəyən B. Doğan istefa vermək üçün qoyulan vaxt bitdiyi an vəzifəsindən istefa verib və daha sonra seçki dairəsində onun namizədliyini də qeydə alınmayıblar. Çünki namizədliyin irəli sürülməsi üçün qoyulan vaxtdan bir neçə dəqiqə ötübmüş.

Daha sonra B.Doğan AKP başqanının müşaviri Süleyman Soylu ilə telefonla danışıb. AKP müşaviri Doğandan istefasını geri götürməyini istəyib. Lakin iş vaxtı bitdiyi üçün bu da mümkün olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol