Menu

Azərbaycan “xoşbəxt ölkələr”in siyahısında ilk beşliyə düşüb

11.02.2015, 15:09
Azərbaycan “xoşbəxt ölkələr”in siyahısında ilk beşliyə düşüb

Azərbaycan 2014-cü ilin nəticələrinə görə “xoşbəxt ölkələr”in reytinq siyahısında ilk beşliyə düşüb. APA-nın “Novaya İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, “Gallup İnternational” Agentliyi tərəfindən keçirilən sorğuda Ficinin rəhbərlik etdiyi siyahıda Azərbaycan 4-cü yerdədir.

Siyahıda son yerləri Yunanıstan və İraq tutur.

Rusiya isə 16-cı yerdə qərarlaşıb.

Xoşbəxtlik indeksi özünü xoşbəxt hesab edən insanlarla bədbin əhval-ruhiyyəli insanların faizinin nisbəti nəticəsində müəyyən olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol