Menu

Cəmil Həsənli İsa Qəmbərin çıxışını dinləməyib

06.12.2013, 12:17
Cəmil Həsənli İsa Qəmbərin çıxışını dinləməyib

Dünən Müsavat başqanı İsa Qəmbər Azadlıq radiosunun efirindən Milli Şura və vahid namizəd məsələsi ilə bağlı maraqlı fikirlər səsləndirib. “Qafqazinfo” Milli Şura sədri Cəmil Həsənlidən səsləndirilən fikirlərə münasibət öyrənib.

Cəmil Həsənli qeyd edib ki, Müsavat başqanın çıxışı ilə tanış deyil. Gün ərzində çıxışla tanış olacaq. Amma vahid namizəd məsələsi ilə əlaqədar İsa bəyin dediyi fikirlə bağlı deyə bilərəm ki, burda başlıca məqsəd hakimiyyətə gəlməkdir: “Qələbənin siyasi məzmunu bundan ibarətdir. Biz seçkidə səslərin böyük əksəriyyətini əldə etdik. Amma saxtakarlığın qabağını ala bilmədik. Ona görə də bütövlükdə seçkidə nəzərdə tutulan məqsədlərə nail olunmadı”.

Milli Şuranın sədri Cəmil Həsənli Müsavat başqanı İsa Qəmbərin dünənki çıxışına qulaq asmasa da, Müsavat Partiyasının Milli Şuranın tərkibində qalacağına əminliyini ifadə etdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol