“Fermada dəvələr üçün hər cür şərait yaradılıb, həmçinin orada fasiləsiz elektrik enerjisi verilir"
Azərbaycanın istedadlı şairi və tanınmış köşə yazarı Elnur Astanbəyli Etibar Pirverdiyevə dəvə fermasında yaşaması üçün müraciət edəcək. “Qafqazinfo” xəbər verir ki, buna səbəb Xırdalanda işıqların tez-tez sönməsidir. O, "Facebook"da yaydığı müraciətində bildirir ki, “Azərenerji”nin rəhbəri Etibar Pirverdiyevin Şabranda dəvə ferması var: “Fermada dəvələr üçün hər cür şərait yaradılıb, həmçinin orada fasiləsiz elektrik enerjisi verilir.
Son 24 saatda isə Xırdalanda 6 dəfə işıqları söndürüblər, hərəsində də 2-3 saat.
Yaxın günlərdə Etibar Pirverdiyevə mənə onun fermasında yaşamağa icazə verilməsi üçün müraciət edəcəm. Tam ciddi. Başqa yolum yoxdur.
Təsəvvür edin: 2004-2012-ci illərdə Azərbaycan 71 layihə üzrə 9 milyard 545,9 milyon dollar kredit alıb, bunun 24,09%-i və ya 2,3 milyard dolları "Azərenerji"nin payına düşür. Bunun üzərinə yüz milyonlarla manat dövlət investisiyasını gəlin. Amma hələ də fasiləsiz işıq xəyaldır”.


Şərhlər