Menu

Ruslana hakimiyyəti özünü yandıracağı ilə hədələdi -FOTO

06.12.2013, 12:25
Ruslana hakimiyyəti özünü yandıracağı ilə hədələdi -FOTO

Ukraynanın xalq artisti, 2004-cü ildə “Eurovision” müsabiqəsinin qalibi olmuş Ruslana Lıjiçko bəyan edib ki, ölkədə dəyişikliklər baş verməsə, özünü yandıracaq.

APA-nın “tch.ua” saytına istinadən verdiyi məlumata görə, Ruslana bunu Kiyevin Müstəqillik Meydanında çıxış edərkən deyib. O bəyan edib ki, mitinqçilərin tələbləri qəbul edilməzsə, özünə qəsd etməyə hazırdır. Sənətçi insanları bir olmağa və geri çəkilməməyə çağırıb: “Mən sizə dəqiq deyirəm ki, dəyişikliklər olmasa, bu meydanda özümü yandıracağam. Mən buna qəti olaraq qərar vermişəm”.

Xatırladaq ki, Ruslana etirazların ilk günündən nümayişçilər dəstək verir.

Görəsən Allah bizə nə vaxt belə vətəndaş mövqeyinə malik bir sənətçi qismət edəcək?

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol