Menu

Bakı-Sumqayıt şosesində böyük TIXAC

12.02.2015, 10:08
Bakı-Sumqayıt şosesində böyük TIXAC

Xırdalan dairəsindən başlayan tıxac "Şamaxinka"ya qədər uzanır

Bu gün səhər saatlarından etibarən Bakı-Sumqayıt şosesində (Bakı istiqamətində) böyük tıxac yaranıb. “APA-Economics”in məlumatına görə, tıxac Xırdalan dairəsindən başlayır və Moskva prospektinə (Şamaxinka adlanan ərazi) qədər uzanır.

Qeyd edək ki, tıxacın yaranmasına səbəb kimi Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında baş verən yol-nəqliyyat hadisəsidir. Hadisə “KamAZ” və “VAZ 2107” markalı avtomobillərinin toqquşması nəticəsində baş verib.

Nəqliyyat vasitələrinin axınında müşahidə olunan sıxlığın digər səbəbi adıçəkilən şose üzərində yerləşən körpüdə uzun müddətdir aparılan tikinti-yenidənqurma işləridir.

Maraqlıdır ki, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) saytında yer alan məlumata görə, saat 9:00 radələrində Bakı-Sumqayıt şosesində orta sürət 16 km/saat təşkil edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol