Fevralın 11-də London əmtəə birjasında keçirilmiş hərraclarda “Azeri Light” markalı Azərbaycan neftinin 1 barreli 57,78 dollara satılıb.
Bu barədə Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən məlumat verilib. Məlumata görə, bu, fevralın 10-da qeydə alınmış qiymətdən 1,69 dollar azdır.
Xatırladaq ki, 2015-ci ilin dövlər büdcəsində neftin 1 barrelinin qiyməti 90 dollar götürülüb.

Şərhlər