Menu

Məhkəmə qərar verib: Binəqədidə 1000 ev sökülməlidir

12.02.2015, 15:55
Məhkəmə qərar verib: Binəqədidə 1000 ev sökülməlidir

Binəqədi rayonunda neft şirkətinin ərazisində inşa edilmiş evlərin sökülməsinə dair 1000-dən artıq məhkəmə qərarı var. Lent.az-ın məlumatına görə, bu barədə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bu gün rayonda 2014-cü ilin yekunlarına həsr edilmiş yığıncaqda bildirib. İcra başçısı qeyd edib ki, sökülməsinə qərar verilən həmin evlərin əksəriyyəti 2006-2007-ci illərdə verilən sənədlər əsasında inşa edilib.

Qeyd edək ki, Binəqədi rayonunun ərazisinin 51 faizi neft şirkətinin balansındadır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol