Menu

"Mənim vəzifəm vaxtında "silah-sursat" gətirmək idi" - Prezident

12.02.2015, 16:35
"Mənim vəzifəm vaxtında "silah-sursat" gətirmək idi" - Prezident

"Minskdə görüş iştirakçılarına şəxsən qəhvə daşımışam". ANS PRESS-in məlumatına görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Minskdə baş tutan 16 saatlıq görüşdə xüsusilə, qondarma respublikalarla bağlı müzakirələr olub.

Belarus prezidenti jurnalistlərin "gecə yata bildizinmi?" sualına da özünə xas cavab verib:

"Mən necə yata bilərəm? Mənim vəzifəm vaxtında "silah-sursat" gətirmək idi. Ona görə də mən öz funksiyamı yerinə yetirməyə çalışırdım. Görürsünüz ki, Minskdə hər şey bölüşdürülüb və hər kəs öz işini görür", - deyə prezident söyləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol