Menu

Ərdoğan Kastrodan məscid tikməyə icazə istədi

12.02.2015, 19:40
Ərdoğan Kastrodan məscid tikməyə icazə istədi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kuba rəhbərliyindən bu ölkədə məscid tikintisinə icazə verilməsini xahiş edib.

Prezidentin rəsmi saytının məlumatına görə, Ərdoğan Havanaya səfəri zamanı bu məsələnin həllinə çalışacaq. Ərdoğanın Kubadan hansı cavab alacağı hələlik bilinmir.

Kuba 1992-ci ilədək rəsmi olaraq ateist ölkə olub, baxmayaraq ki, əhalisinin əksəriyyəti özünü katolik sayır. Bu ölkədə cəmi bir neçə min müsəlman yaşayır.

Ərdoğan ötən ilin noyabrında bəyan edib ki, Amerikanı Xristofor Kolumbdan əvvəl müsəlmanlar kəşf edib və buna sübut var.

Onun sözlərinə görə, italiyalı tədqiqatçı 1442-ci ildə Amerikada bir adaya gələndə orda məscidin uçmuş komasını aşkar edib və sonradan həmin yerin Kuba olduğu bəlli olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol