Poroşenko Putinin ultimativ tonundan şikayətçidir;
Avropa Birliyi Rusiyaya sanksiyaları sərtləşdirmək və Ukraynaya silah verilməsi planlarını yubatdı
Minsk danışıqlarında Ukrayna Donbasa muxtariyyət statusu verilməsi və federallaşma ilə bağlı təkliflərlə razılaşmayıb. Bu haqda mediaya açıqlamasında Ukrayna prezidenti Petro Poroşenko danışıb. Prezident “Normand formatı”nda 16 saatdan artıq davam edən görüşü “son dərəcə gərgin danışıqlar” adlandırıb. Poroşenko Ukraynaya edilən təkliflərin “ultimativ ton” daşıdığını da vurğulayıb:“Asan olmadı. Bizdə geri çəkilmə, təslim etmə kimi faktiki olaraq qəbuledilməz təkliflər verildi. Biz heç bir ultimatumu nəzərə almadan qəti şəkildə bildirdik ki, atəşkəs qeyd-şərtsiz qəbul edilməlidir”.

Poroşenko Ukraynaya edilən təkliflərin “ultimativ ton” daşıdığını da vurğulayıb: “Asan olmadı. Bizə geri çəkilmə, təslim etmə kimi faktiki olaraq qəbuledilməz təkliflər verildi. Biz heç bir ultimatumu nəzərə almadan qəti şəkildə bildirdik ki, atəşkəs qeyd-şərtsiz qəbul edilməlidir”.
Prezidentin sözlərinə görə, fevralın 15-dən ağır artilleriyanın geri çəkilməsi ilə müşayiət olunan atəşkəs başlayacaq. Bununla yanaşı 140 kilometrlik bufer zona yaradılacaq.
Avropa Birliyinin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Avropa Birliyinin fevralın 12-si başlayan sessiyasında Rusiyaya qarşı sanksiyaların sərtləşdiriləməsinin müzakirəyə çıxarılmayacağını bildirib. “Reuters” xəbər verir ki, Qərbin sanksiyaları sərtləşdirməsinin qarşısını Minsk danışıqlarında atəşkəs haqqında razılıq əldə edilməsi alıb.
F.Magerini Minsk danışıqlarının önəmli olduğunu vurğulasa da münaqişənin bütünlüklə nizamlanması üçün yetərli olmadığını da deyib. Finlandiyanın baş naziri Aleksander Stubb isə sammit başlamazdan öncə jurnalistlərə deyib ki, Avropa Birliyi hələlik Ukraynaya silah verilməsi məsələsini nə müzakirəyə çıxarmayacaq.

ATƏT isə fevralın sonlarına qədər Ukraynanın şərq bölgələrində duruma nəzarəti edəcək daha 350 təmsilçisini bölgəyə göndərməyi qərara alıb. Bununla da bölgədə ATƏT missiyası üzvlərinin sayı 500-ə çatdırılacaq. Xəbəri unian.net-ə açıqlamasında ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının rəhbəri Ərtoğrul Atahan deyib. Ə.Atahanın sözlərinə görə, missiya atəşkəs rejiminin qorunmasını müşahidə edəcək. /musavat.con


Şərhlər