Menu

İsveçdə Fələstin səfirliyi açıldı

12.02.2015, 20:30
İsveçdə Fələstin səfirliyi açıldı

“The Christian Science Monitor” yazır ki, Fələstin Qərbi Avropada ilk səfirliyini İsveçdə açıb. Dünyanın 193 ölkəsindən 135-i Fələstini bu və ya digər dərəcədə müstəqil dövlət kimi tanıyıb. Bu münasibətlə paytaxt Stokholma gələn Fələstin prezidenti Mahmud Abbas İsveçin baş naziri Stefan Lofvenlə birlikdə mətbuat konfransı keçirib.

İki ölkə arasında razılaşmaya əsasən İsveç növbəti 5 il müddətində Fələstinə 180 milyon dollar yardım edəcək.

İsveçin baş naziri Stefan Lofven mətbuat konfransında deyib: “Bizim düşüncəmizə görə, Fələstin artıq müstəqil dövlətdir. Ona görə də, bizim bu dövlətdən və onun rəhbərliyindən gözləntimiz xeyli çox olacaq”.

Qəzet bildirir ki, İsveçin belə bir addım atması İsrail tərəfindən kəskin etirazla qarşılanıb.

“The Jerusalem Post” yazır ki, İsveç digər Skandinaviya ölkələrini də Fələstini müstəqil dövlət kimi tanımağa çağırıb.

Stokholmdakı İsrail səfiri İsak Baçman deyib: “Biz onu (prezident M.Abbas nəzərdə tutulur) burada öz hökuməti ilə görməkdən o qədər də məmnun deyilik. Təəssüf edirik ki, İsveç Fələstini belə tələsik müstəqil dövlət kimi tanıdı”.

Bu barədə İsrailin başqa bir qəzeti “The Times of Israel” məlumat yayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol