Menu

Prezident Avropa İttifaqından vizasız rejim istəyib

13.02.2015, 09:00
Prezident Avropa İttifaqından vizasız rejim istəyib

Ukrayna prezidenti Pyotr Poroşenko Avropa İttifaqı liderlərinin sammitinə səfəri çərçivəsində Aİ liderlərindən mayda keçiriləcək “Şərq Tərəfdaşlığı”nın sammitində Ukrayna ilə vizasız rejimin tətbiq edilməsinə dair qərar verilməsini xahiş edib. Bu barədə APA “RİA Novosti”-yə istinadən xəbər verir.

“Mən Aİ-dən “Şərq Tərəfdaşlığı”nın mayda Riqada keçiriləcək sammitində Ukraynaya vizasız rejim verilməsini xahiş etdim. Düşünürəm ki, bu bizim əməkdaşlığımızın mühüm, simvolik bir addımı olacaq. Mən bizim tərəfdaşlarımızın reaksiyasından çox məmnun oldum”, deyə Poroşenko bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol