Menu

Rusiyapərəst separatçılara ABŞ-dan xəbərdarlıq

13.02.2015, 09:34
Rusiyapərəst separatçılara ABŞ-dan xəbərdarlıq

Ukraynanın şərqində indi və fevralın 15-də atəşkəs sazişi qüvvəyə minəndən sonra əlavə ərazi tutmaq Minsk razılaşmasına ziyan vuracaq. Bu xəbərdarlığı Birləşmiş Ştatlar rusiyapərəst separatçılara edib.

"Bu mesajı mümkün qədər güclü şəkildə çatdırırıq və ən güclü sözlərlə xəbərdarlıq edirik," ABŞ administrasiyasının rəsmisi jurnalistlərlə deyib.

Rəsminin sözlərinə görə, saziş yerinə yetirilməsə, bu, Rusiyaya "baha oturacaq".

Rəsmi deyib ki, saziş alınmasa, əlavə sanksiyalar və Ukraynaya "təhlükəsizlik dəstəyi" variantları qüvvədə qalır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol