Menu

Yunanıstan razılaşma yolunda

13.02.2015, 14:22
Yunanıstan razılaşma yolunda

Eurogroup ilə Yunanıstan, Yunan rəsmilərinin və kreditorların nümayəndələrinin yenidən görüşməsi məsələsində anlaşıblar.

Yunanıstanın Baş Naziri Aleksis Çipras ilə görüşən Eurogroup sədri, tərəflərin mövcud yardım anlaşması ilə Yunanıstanın təklifləri arasında ortaq nöqtələr tapmaq üçün birlikdə çalışacaqlarını deyib.

Eurogroup Sədri, bu işin Bazar Ertəsi günü keçiriləcək görüşlərin qarşısını açacağını ifadə edib.

ÇİPRAS: PROBLEMLƏR BİTMƏDİ

Çipras isə, Aİ sammitində mühüm addımlar atdıqlarını, ancaq hələ ki, problemlərin hamısının öhdəsindən gəlmədiklərini deyib.

Brüsseldə bəyanat verən Çipras, Bazar Ertəsi günü Eurogroup-da texniki razılıq əldə olunmasının, siyasi olaraq da razılaşma əldə olunması mənasına gələcəyini deyib. Çipras, Eurogroup Sədri ilə keçirdiyi görüşün müsbət bir addım olduğunu, Aİ tərəfdaşları ilə danışıqların davam edəcəyini ifadə edib.

MERKEL: RAZILIĞA HAZIRIQ

Almaniyanın Baş Naziri Angela Merkel, Yunanıstan məsələsində razılığa hazır olduqlarını deyib. Aİ sammitində çıxış edən Merkel, kompromisə açıq olmalarına baxmayaraq, Avropanın etibarlılığının qaydalara hörmət etməyə və qarşılıqlı etimada söykəndiyinə diqqət çəkib.

Merkel, maliyyə nazirlərinin Bazar Ertəsi Yunanıstanın təkliflərini qiymətləndirmək üçün bir neçə gün müddətlərinin olduğunu qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol