"Mənim fikrimcə məsələnin yeganə həll yolu ölkədə hakimiyyət dəyişikliyi və növbədənkənar prezident seçsinin keçirilməsidir". ANS PRESS-in məlumatına görə, bunu "Çiçəklənən Ermənistan" partiyasının lideri, oliqarx Qaqik Sarukyan bildirib.
O, Ermənistan prezidenti Serj Sarkisyanın onu Təhlükəsilik Şurasından xaric etməsindən sonra xalqa müraciət edib. müraciətin mətnində deyilir:
"Əziz xalqım, mübarizəyə hazır olun. küçələrə 3 min nəfər çıxır. Bunlar (hakimiyyət) qanunları dəyişməlidir. Əgər bütün xalq çıxırsa onda hakimiyyət dəyişməlidirlər. Mən ümumilli səfərbərliyə çağırıram. Bizim bir məqsədimiz olmalıdır. Fasiləsiz mitinqlər,aksiyalar, yürüşlər və sair. Bununla Sarkistyyanın istefasına nail ola bilərik. Hakimiyyəti zalımdan təmizləyə bilərik. Onlar təcili olaraq hakimiyyətdən getməlidirlər. Biz tariximizin rüsvayçı səhifəsini qapatmalıyıq. Ermənistan bu pis atmosferi aradan qaldırmalıdır. Bizim sözümüz əməlimizdədir. Mən qarşıma qoyduğum ən ümdə vəzifə bu şəxsləri hakimiyyətdən devirməkdir. hamimiza bu işdə qələbə arzu edirəm".


Şərhlər