Menu

“Növbəti görüş Astanada keçirilə bilər" - Merkel

13.02.2015, 20:21
“Növbəti görüş Astanada keçirilə bilər" - Merkel

Ukrayna böhranı ilə bağlı “Normand formatı” üzrə liderlərin növbəti zirvə görüşü Qazaxıstanın paytaxtı Astanada ola bilər. Musavat.com xarici qaynaqlara istinadən xəbər verir ki, Almaniya kansleri Angela Merkel prezident Nursultan Nazarbayevlə bugünkü telefon danışığında belə bir görüşü istisna etmədiyini söyləyib.

Tərəflər “dördlük” çərçivəsində Minskdə aparılan danışıqların yekununu müzakirə ediblər. Nazarbayev bu xüsusda görüşün uğurla bitməsində Almaniya kanslerinin ciddi töhfə verdiyini qeyd edib.

Öz növbəsində Merkel qazax liderinin Ukraynanın şərqindəki böhranın dinc yola həlli prosesində səylərinin vacibliyindən danışıb və “Normand dördlüyü”nün növbəti toplantısının Astanan keçirilə biləcəyini vurğulayıb.

Telefon danışığı Angela Merkelin təşəbbüsü ilə baş tutub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol