Menu

AFFA-dan Bakıya gələn erməni idmançı barədə açıqlama...

13.02.2015, 21:00
AFFA-dan Bakıya gələn erməni idmançı barədə açıqlama...

AFFA-nın baş katibi Elxan Məmmədov bu yaxınlarda erməniəsilli futbolçu David Kazaryanın Rusiyanın U-17 millisinin heyətində Azərbaycana gözlənilən səfərinə münasibət bildirib.

Qol.az-ın məlumatına görə, o, bu gün jurnalistlərə söhbətində bu barədə həmin futbolçu ilə bağlı araşdırma apardıqlarını deyib:“O, erməniəsilli olsa da, Rusiya vətəndaşıdır. Müvafiq qurumlara müraciət etdik. Bu məsələdə hər hansı bir problem yaşanmayacaq”.

E.Məmmədov onu da qeyd edib ki, erməniəsilli oyunçunun təhlükəsizliyinin təmin olunması üçün lazımi tədbirlər görüləcək:“Müvafiq qurumlara məlumat vermişik. Lazımı tədbirlər görüləcək. O, Azərbaycana Rusiya vətəndaşı kimi daxil olacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol