Menu

İŞİD ABŞ hərbçiləri olan aviabazaya hücum edib

13.02.2015, 23:57
İŞİD ABŞ hərbçiləri olan aviabazaya hücum edib

İraq ordusu “İŞİD” qruplaşmasının ABŞ və digər Qərb ölkələrinin xidmət etdiyi “Əyn-əl-Əsəd” aviabazasına hücumunu dəf edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Müdafiə nazirliyinin nümayəndəsi Stiv Uorren bildirib.

Onun sözlərinə görə, döyüş zamanı 8 terrorçu məhv edilib. Qeyd olunur ki, adıçəkilən aviabazada 400 ABŞ hərbi mütəxəssisi yerləşdirilib. Onlar hərbi əməliyyatlarda iştirak etmirlər, yalnız hərbi bazalarda İraq ordusuna kömək məqsədilə çalışırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol