Bizim əlimizdə Rusiyanın Ukraynanın şərqində hərbi mövcudluğuna dair dəlil-sübutlar var. Musavat.com-un Ukrayna KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə NATO baş katibi Yens Stoltenberq “Kommersant FM”-ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ukraynanın şərqində separatçılar Rusiyanın köməyi olmadan belə hərbi uğurlara nail ola bilməzdilər.
“Bizim kəşfiyyat Ukraynanın şərqində Rusiyanın hərbi mövcudluğuna dair sənədli məlumatlar təqdim edib. Biz bunu müstəqil mənbələrin, müstəqil jurnalistlərin məlumatları əsasında da görürük, habelə xəbərləri öldürülən rusiyalı hərbçilər haqda məlumatlar verən QHT-lərdən alırıq.
“Eyni şeyi Rusiya Krımı işğal edəndə müşahidə eləmişdik” - əlavə edib alyans rəhbəri.


Şərhlər