Menu

DİN Xəzərdə iki balıqçının batması ilə bağlı məlumat yayıb

14.02.2015, 14:05
DİN Xəzərdə iki balıqçının batması ilə bağlı məlumat yayıb

Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Xəzər dənizində iki nəfərin batması ilə bağlı məlumat yayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 13-də Lənkəran rayon sakinləri Ceyhun Mahmudov və İbrahim Məmmədov “Yamaha-55” markalı qayıqda balıq tutmaq üçün dənizə gediblər və geri qayıtmayıblar. Həmin gün saat 13 radələrində qayığın taxta ayaqaltısı və yanacaq çəni dənizdə tapılıb. İtkin düşənlərin axtarışı davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol