Ukrayna prezidenti xəbərdarlıq edib ki, ölkənin şərqindəki müharibəyə son qoymaq üçün imzalanan saziş "ciddi təhlükə" altındadır.
Cümə axşamı Minskdə imzalanan sazişə görə, bazar günü gecə yarısından atəşkəs rejimi başlamalıdır.
Petro Poroşenko həmçinin Rusiyanı həmləsini "xeyli artırmaqda" ittiham edib.
Şənbə günü səhər saatlarında üsyançıların idarə etdiyi Donetsk şəhərində artilleriya atəşi səsləri eşidilib.
Strateji baxımdan mühüm Debaltseve şəhərinin ətrafında gərgin döyüşlərin davam etdiyi deyilir. Debaltseve hökumət tərəfindən idarə olunsa da, üsyançılar onu demək olar ki, tamamilə əhatə edib.
Cümə günü şərqi Ukraynada artilleriya atəşi nəticəsində 10-dan çox dinc sakinin öldürüldüyü bildirilir.
Bunu hansı tərəfin törətdiyi aydın olmasa da, rusiyapərəst üsyançılar və Ukrayna ordusu bir-birini ittiham edir. /BBC


Şərhlər