Menu

Separatçılardan Kiyevə ultimatum

14.02.2015, 15:34
Separatçılardan Kiyevə ultimatum

“Əgər rəsmi Kiyev Minsk razılaşmasına əməl etməzsə, milislər fəaliyyət planını dəyişəcək”. Axar.az xəbər verir ki, bu açıqlama ilə qondarma Donetsk respublikasının Xalq Məsləhət Şurasının vitse-spikeri Denis Puşilin çıxış edib.

Qeyd edək ki, fevralı 12-də Minskdə Ukrayna problemi ilə bağlı “Normand dördlüyü” 14 saatlıq görüş nəticəsində razılaşma əldə edib. Razılaşmada fevralın 15-dən etibarən Ukraynanın şərqində atəşkəsin tətbiq olunacağı, ağır silahların geri çəkiləcəyi və təhlükəsizlik zonasının yaradılacağı nəzərdə tutulur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol