Menu

Millinin rəhbəri orduya çağırıldı

14.02.2015, 17:17
Millinin rəhbəri orduya çağırıldı

Aleksandr Zavarov həm də UEFA kubokunu qazanıb

Ukraynanın futbol üzrə yığma komandasının baş məşqçisinin köməkçisi Aleksandr Zavarov Ukrayna ordusuna çağrılıb. ANS-in məlumatına görə, bu barədə Ukraynada nəşr olunan "Futbol" jurnalının redaktoru Artyom Frankov öz "Tvitter" hesabında bildirib.

KİV-in yazdığına görə, Ukrayna Futbol Federasiyasına 89 hərbi çağırış gəlib. Onların sırasında Aleksandr Zavarov da var.

53 yaşlı Aleksandr Zavarov 1980-ci illərin sonlarında və 1990-cı illərin əvvəllərində SSRİ yığmasında və İtaliyanın "Yuventus" komandasında oynayıb. 1990-cı ildə o, həmin komandanın tərkibində UEFA kubokunu qazanıb.

O, 2013-cü ilin noyabr ayından Ukraynanın futbol üzrə yığma komandasının baş məşqçisinin köməkçisi vəzifəsində çalışır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol