Menu

Davudoğlu PKK-ya səsləndi - Video

14.02.2015, 18:28
Davudoğlu PKK-ya səsləndi - Video

"Ankara kürd probleminin həllində təxribatlara imkan verməyəcək"

PKK döyüşçülərinin hamısı Türkiyə ərazisini tərk etməlidirlər.

ANS TV-nin məlumatına görə, bunu Türkiyə baş naziri Əhməd Davudoğlu Sivas vilayətində tərəfdarları qarşısında çıxışı zamanı bəyan edib. Davudoğlu bildirib ki, Türkiyə kürd probleminin demokratik yolla həllini öz prioritetlərindən biri edib, lakin elə ölkənin daxilində və onun hüdudlarından kənarda bu problemin həllini istəməyən qüvvələr var. Türkiyənin baş naziri həmçinin bəyan edib ki, Ankara kürd probleminin demokratrik yolla həllinə əngəl törədə biləcək təxribatlara imkan verməyəcək.

“Bizim siyasətimiz birlik qurmaq siyasətidir. Kim nə edir-etsin. Türk-kürd-sünni ayrıseçkiliyinə imkan verməyəcəyik. Birlik sevgisini vətənimizin hər bucağına daşıyacağıq. Bütün partiyalara səslənirəm. 6-7 oktyabrda təxribatlar törədildi. Yeni bir mərhələyə başlayarkən, Kobanini bəhanə edən terrorçular böyük bir xaos yaratmağa çalışdı və onların qarşısında dimdik dayandıq. Bütün partiyalar, XDP və onunla birlikdə digər dairələr, silahlı qruplar bütün Türkiyədən çəkilməli və zorakılıq dilindən əl çəkilməlidir”, - deyə Davudoğlu bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol