Menu

Fransa ilə Misir arasında tarixi anlaşma

14.02.2015, 18:31
Fransa ilə Misir arasında tarixi anlaşma

Abdəl Fəttah əs-Sisinin qəddarlığı yada düşmədi

“France 24“ TV kanalı bildirir ki, cümə günü Fransa Misirə 24 ədəd “Rafale“ markalı qırıcıl satmağa razılıq verib. Razılaşmanın dəyəri 5.9 milyard dollara bərabərdir.

Misirə Fransa qırıcılarının satılması hüquq müdafiəçiləri tərəfindən şiddətlə tənqid olunub. Onlar iddia edirlər ki, Misirdə mövcud olan hərbi xunta demokratiyadan uzaqdır və insan hüquqlarını mütəmadi və ən qəddar formada pozur.

Fransa prezidenti Fransua Olland isə bildirib ki, Misir öz ərazisində stabilliyə nail olmaq istəyir. Sinay yarımadasında üsyançılar fəallaşıb və regionda təhlükə mənbəyinə çevrilib. Qırıcıları satan firmanın rəhbərlərindən olan Erik Trappier sevincini gizlədə bilməyib və bu satışı “tarixi hadisə” adlandırıb. O, bildirib ki, kampaniya son 30 ildə dəfələrlə "Rafale"ni təkmiləşdirib. Bunun üçün on milyardlarla avro vəsait xərclənib və ilk dəfədir ki, belə irihəcmli satış baş tutur.

Daha əvvəl isə kampaniya Cənubi Koreya, Sinqapur, Morokko, İsveçrə və Braziliyadan olan alıcılarla anlaşa bilməmişdi. Çünki digər kompaniyalarla rəqabətdə həmişə uduzmuşdu. “France 24“ qeyd edir ki, Misirdəki rejim Paris tərəfindən stabilliyin təminatçısı kimi dəyərləndirilir.

Xaosun içində olan Yaxın Şərqdə bu çox önəmli məsələ sayılır. Misir prezidenti Abdəl Fəttah əs-Sisinin qəddarlığı isə həqiqətdir. O, iqtidara gələndən sonra ən azı 1.400 nəfər öldürülüb. Minlərlə adam isə həbsdədir.

Parisdəki araşdırma institutda qeyd edib ki, bir ölənin ən yaxşı qırıcıları ola bilər, ancaq sən müxtəlif səbəblərdən onu sata bilməsən, gələcəkdə ciddi problemlər yaşayacaqsan.

Son məlumata görə, Hindistan Fransa ilə 3 illik danışıqdan sonra 126 ədəd “Rafale“ qırıcısı almağa hazırdır və bu qırıcılara görə 12 milyard avro ödəyəcək. Fransa bu qırıcıları Qatar və Malayziyaya da satmağa çalışır. /musavat.com

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol