Menu

Poroşenko sərt danışdı - Video

14.02.2015, 19:22
Poroşenko sərt danışdı - Video

"Atəşkəsə əməl olunmasa Ukraynada hərbi vəziyyət elan olunacaq"

Ukrayna prezidenti Pyotr Poroşenko atəşkəsə əməl edilməyəcəyi təqdirdə bütün ölkə üzrə hərbi vəziyyət elan edəcəyinə söz verib. ANS PRESS-in məlumatına görə, bu haqda olkə başçısının rəsmi saytı xəbər verib.

" Əgər sülh olmayacaqsa, mən dərhal qanunvericilikdə dəyişikliklər edib Ali Radaya göndərəcəyəm. Bizə daha möhkəm və daha effektiv səfərbərbəylik lazımdır. Hamıya birləşməyə və bizim torpağımızı müdafiə etməyə icazə veriləcək", - deyə Poroşenko bildirib.

O vurğulayıb ki, səfərbərlik yalnız Donetskdə və Luqanskda deyil bütün ölkə üzrə olacaq.

Daha əvvəl Ukraynanın Ali Radası qanunvericilikdə itaətsizlik və fərariliyə qarşı məsuliyyəti gücləndirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol