Menu

Yanukoviçin tərəfdarları tutulur

16.02.2015, 08:50
Yanukoviçin tərəfdarları tutulur

Luqanskın keçmiş qubernatoru həbs edilib

Ukraynada Luhansk vilayətinin keçmiş qubernatoru Aleksandr Yefremov həbs edilib. ANS-in məlumatına görə, baş prokuror Viktor Şokin bəyan edib ki, Yefremov səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Yefremov keçmiş prezident Viktor Yanukovychin tərəfdarlarından biridir.

Yanukoviç 2014-cü ilin fevralında Rusiyaya qaçandan sonra Yefremov onu və prezident administrasiyasındakı məsləhətçilərini ölkədəki qarışıqlıq salmaqda ittiham edən bəyanat vermişdi.

Bu ilin yanvarda isə, Ali Radadan olan deputat, Yefremovun Ukraynanın şərqindəki separatçılara maliyyə yardımı göstərməsi barədə iddiların araşdırılması barədə Baş prokurorluğa müraciət etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol