Menu

Müxalifət mitinq gününü açıqladı

16.02.2015, 10:05
Müxalifət mitinq gününü açıqladı

Fevralın 15-də Yerevanda “Çiçəklənən Ermənistan”, Erməni Milli Konqresi və “İrs” partiyalarının liderləri Qaqik Tsarukyan, Levon Ter-Petrosyan və Raffi Ovannisyan arasında görüş keçirilib. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, görüşdə ölkədə yaranmış daxili siyasi vəziyyət müzakirə olunub.

Erməni müxalifətinin liderləri fevralın 20-də saat 16:00-da Yerevandakı Azadlıq meydanında yaranmış situasiyanın həlli məqsədilə mitinq keçirmək qərarına gəliblər.

Fevralın 12-də hakim Respublika Partiyasının iclasında prezident Serj Sərkisyan bəyan edib ki, Tsarukyan siyasi xadim kimi ölkə üçün təhlükəyə çevrilib. O, Tsarukyanı Təhlükəsizlik Şurasının üzvlüyündən də azad edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol