Menu

“Azərkimya”da özəlləşdirmə qabağı "təmizləmə"- 2 min nəfər işdən çıxarılır

16.02.2015, 11:20
“Azərkimya”da özəlləşdirmə qabağı "təmizləmə"- 2 min nəfər işdən çıxarılır

Qurumun rəhbəri deputat Muxtar Babayev kütləvi ixtisarlara başlamaq istəyir

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) tərkibində olan “Azərkimya” Istehsalat Birliyində kütləvi ixtisarlar başlayıb. Bu barədə azadlıq.infoya daxil olan məlumatda deyilir ki, təxminən bir həftə əvvəl “Azərkimya”nın rəhbəri, deputat Muxtar Babayev işçiləri yığaraq ixtisarların olacağını bildirib.

Muxtar Babayev ixtisarları “Azərkimya”nın özəlləşdiriləcəyi ilə izah edib. “Bildirdi ki, guya ”Azərikimya" özəlləşdiriləcək və xeyli idarə ləğv olunacaq. Ona görə də ixtisar aparmaq qərarına gəlinib",- deyə “Azərkimya”dakı mənbə bildirib. Lakin işçilər ixtisarların böhranla əlaqədar olduğunu deyir. Məlumata görə, artıq 2000-ə yaxın işçiyə bildiriş verilib. “Azərkimya”nın əvvəllər 6 minə yaxın işçisı olub. İxtisar edə-edə işçilərin sayını 3 minə salmışdılar. İndi də 2 min nəfəri işdən çıxarmaq istəyirlər", - deyə xəbərdə bildirilir.

Qeyd edək ki, “Azərkimya” Dövlət Şirkəti 2010-cu ildə ARDNŞ-in tərkibinə keçib və onun bazasında “Azərkimya” Istehsalat Birl

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol