Avro Bölgəsinin maliyyə nazirləri bu gün bir daha bir yerə gələcəklər.
Toplantının əsas müzakirə mövzusu Yunanıstan olacaqdır.
Yunanıstan ilə kreditor nümayəndələri, keçən həftəki “Eurogroup” toplantısından bu yana texniki baxımdan ortaq yol tapmağa çalışırlar. “Reuters”ə danışan bir Avropa İttifaqı rəsmisi isə Avropa Komissiyasının Prezidenti Yan Klod Juncker-in Bazar günü böhranı aşmaq üçün son bir dəfə daha səy göstərərək, Yunanıstan baş naziri Aleksis Çipras ilə telefonla danışdığını bildirib.
ÇİPRAS: ÇƏTİN KEÇƏ BİLƏR
Yunanıstanın Baş naziri Aleksis Çipras, Avropalı tərəfdaşları ilə aparacaqları danışıqların çətin keçməsini gözləyir. Almaniyanın “Stern” jurnalına müsahibə verən Çipras, özlərinə güvəndiklərini və Yunanıstanın altı ay sonra tamamilə fərqli bir ölkə olacağını söyləyib. Çipras, hədəflərinin hər iki tərəfin də qazana biləcəyi bir vəziyyətə qovuşmaq olduğunu vurğulayıb.


Şərhlər