Türkiyə Yəməndəki səfirliyini bağlayan ölkələr arasına daxil olacaq. Musavat.com-un məlumatına görə, səfir Fəzli Çorman heyəti ilə sabah Türkiyəyə qayıdacaq.
Türkiyə Mosul səfirliyində qarşılaşdığı girovgötürmə hadisəsindən dərs alaraq Yəməndə də oxşar hadisə ilə qarşılaşmamaq üçün erkən hərəkətə keçib.
Türkiyə Xarici İşlər Nazirliyi isə Yəmənə səyahətlə bağlı növbəti dəfə xəbərdarlıq edib. XİN-in açıqlamasında deyilir: "Mövcud şərtlərdə hələ də Yəməndə yaşayan vətəndaşlarımıza ölkəni tərk etmələrini, mümkün qədər Yəmənə səyahət etməmələrini tövsiyə edirik".


Şərhlər