Menu

Misir təyyarələri İŞİD-i vurur

16.02.2015, 13:27
Misir təyyarələri İŞİD-i vurur

Misir ordusu İŞİD-in mövqelərini hərbi təyyarələrlə bombaladığını açıqlayıb. Musavat.com-un məlumatına görə, İŞİD-in 21 misirli xristianı edam etməsindən sonra Misir ordusu hərəkətə keçib. Fələstin prezidenti Mahmud Abbas Misir prezidenti Əbdülfəttah əl-Sisiyə başsağlığı məktubu yollayıb. Fələstin prezidenti həmçinin İŞİD-in misirliləri edam etməsi səbəbiylə ölkədə üç günlük yas elan edib.

Qeyd edək ki, İŞİD terror təşkilatı 21 misirlini dəniz kənarına apararaq başlarını kəsib. Terror təşkilatı edamın görüntülərinini internetdə yayımlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol