Ukraynada atəşkəs elan edilməsindən sonra da güllə səsləri eşidilir
Ukraynanın şərqində atəşkəs rejiminin qüvvəyə minməsinə baxmayaraq, atışma səsləri gəlməkdə davam edir. ANS TV-nin məlumatına görə, Ukrayna ordusu ilə üsyançılar arasında Debaltsevo şəhəri yaxınlığıda toqquşma baş verib. ATƏT nümayəndələrinin şəhərə daxil olmaq cəhdlərinin qarşısı alınıb.
Üsyançılar Debaltsevo şəhərini mühasirəyə aldıqlarını bildiriblər.
BMT-nin Baş katibi Ban Ki Mun atəşkəs rejiminə baxmayaraq, Debaltsevo şəhəri ətrafında yaranan vəziyyətdən narahat olduğunu bildirib. BMT-nin mətbuat katibliyinini yaydığı bəyanatda qurumun baş katibi, tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırıb.


Şərhlər