Menu

Sərkisyan Türkiyə ilə əlaqələr üzrə protokolları geri çağırdı

16.02.2015, 18:00
Sərkisyan Türkiyə ilə əlaqələr üzrə protokolları geri çağırdı

Ermənistan prezidenti Serj Sərkisyan Türkiyə ilə diplomatik münasibətlərlə bağlı Ermənistan-Türkiyə protokollarını geri çağırmaq qərarına gəlib. "Trend"-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan dövlət başçısının saytında deyilir.

S.Sərkisyan Türkiyə liderinə göndərdiyi məktubda qeyd edib ki, protokolların imzalanmasından təqribən 6 il keçsə də, onlar nəticə verməyib.

Qeyd edək ki, 2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistan XİN rəhbərləri Əhməd Davudoğlu və Edvard Nalbandyan iki ölkə arasında əlaqələrin normallaşdırılması haqqında protokollar imzalamışdılar. Lakin protokollar ölkənin parlamentlərində ratifikasiya edilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol