Menu

Nazir ABŞ-ın yeni səfirini qəbul etdi

16.02.2015, 18:33
Nazir ABŞ-ın yeni səfirini qəbul etdi

Səfir Robert Sekuta etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib

Xarici İşlər Naziri Elmar Məmmədyarov Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfirini qəbul edib.

Görüşdə səfir Robert Sekuta etimadnaməsinin surətini Nazir Elmar Məmmədyarova təqdim edib.

Səfir Robert Sekuta diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Nazir Elmar Məmmədyarov Səfir Robert Sekuta diplomatik fəaliyyətində uğurlar arzu edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol