Menu

Gümrü hərbi bazasının komandiri qovuldu

16.02.2015, 18:35
Gümrü hərbi bazasının komandiri qovuldu

Rusiyanın Gümrü şəhərindəki 102 saylı hərbi bazasının rəhbərliyi dəyişdiriləcək: bazanın hazırkı komandiri, polkovnik Andrey Rudzinskinin vəzifədən götürülməsi barədə qərar verilib Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bundan əlavə, bazanın hərbçilərə məsləhətlər verən və Gümrüdəki qətliamın qarşısını ala bilməyən psixoloqu da işdən azad edilib.

Xatırladaq ki, bu il yanvarın 12-də bazanın əsgəri Valeri Permyakov ikisi körpə olmaqla 7 nəfərdən ibarət mülki erməni ailəsini güllələyib.

Polkovnik Rudzinski ötən il Azərbaycan əleyhinə hədələyici bəyanatı ilə gündəmə gəlmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol