Menu

“Yunanıstan məsələsində nikbin deyiləm” - Nazir

16.02.2015, 19:15
“Yunanıstan məsələsində nikbin deyiləm” - Nazir

Almaniyanın Maliyyə Naziri Wolfgang Schaeuble, Yunanıstanın borclarının azaldılması və qənaət siyasətlərinin müzakirə ediləcəyi Avro Bölgəsi maliyyə nazirlərinin sammiti ərəfəsində problemə bir həll tapılacağına dair nikbin olmadığını deyib.

Görüş öncəsi mətbuata müsahibə verən Schaeuble, “Bu ana qədər eşitdiklərim nikbinliyimi dəstəkləmir. Yunanıstan bir proqram istəmədiyi müddətcə variantlar üzərində düşünməyimizə ehtiyac yoxdur” deyib.

Yunan Maliyyə Naziri Yanis Varoufakis isə sammit ərəfəsində “New York Times” qəzetində dərc olunan köşə yazısında, Yunan hökumətinin borclarını geri qaytarmaqdan qaçmadığını ancaq bir neçə ay davam edəcək maliyyə sabitliyi istədiyini söyləyib.

Varoufakis yazısında həmçinin ölkəsinin iqtisadi artım təmin edəcək etibarlı bir plan ortaya qoyana qədər yeni bir kredit almamasının lazım olduğunu qeyd edib. ("marja")

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol