Menu

“Maydanı dağıdanlar məsuliyyətə cəlb olunmalıdır”

07.12.2013, 17:55
“Maydanı dağıdanlar məsuliyyətə cəlb olunmalıdır”

«Ukrayna hakimiyyəti insanların dinc aksiya keçirmək hüququna hörmət etməli və Kiyevin mərkəzində toplaşanlara qarşı zorakılığa yol verənləri cəzalandırmalıdır». Bu açıqlamanı dövlət katibinin müavini Viktoriya Nuland Tiflisdə keçirdiyi mətbuat konfransı zamanı deyib. «Ukrayna hakimiyyəti artıq çoxdan öz xalqının səsinə qulaq asaraq, Avrointeqrasiya və iqtisadi dirçəliş kursunu bərpa etməlidir. Ukrayna xalqının səsi eşidilməlidir. Bu səs Avropa gələcəyinə səsləyir. Bu gələcək azad və demokratik qurluş, insan ləyaqəti və Ukraynanın iqtisadi gücünün bərpası deməkdir», deyə dövlət katibinin müavini qeyd edib. V.Nuland vurğulayıb ki, Ukraynada dinc etirazların keçirilməsinə şərait yaradılmalıdır. Onun fikrincə, demokratik ölkədə təzyiq, hədə və zorakılıq yolverilməz hallardır: «Fikrimcə, 30 noyabr aksiyası zamanı zorakılığa yol verənlər məhkəmə qarşısında durmalıdırlar. Bu aksiya zamanı həbs olunanları isə azad etmək lazımdır. Artıq bu aksiyanın baş verməsindən altı gün keçib, amma hələlii heç bir tədbir görülməyib".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol