ABŞ dövlət katibinin Bakıda səfərdə olan müavini Viktoriya Nuland prezident İlham Əliyevlə keçirdiyi danışıqlara dair bəyanat verib.“İnterfaks”ın məlumatına görə , Nuland Birləşmiş Ştatlarla Azərbaycan arasında yeni danışıqlar formatına dair razılıq əldə olunduğunu açıqlayıb. “Bu gün bizə effektiv strukturlaşdırılmış dialoq lazımdır. Mən çox şadam ki, bu gün prezident İlham Əliyev bu cür dialoq formatının yaradılmasına razılıq verdi”- deyə Nuland bildirib.
Diplomat prezidentlə görüşdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsini, nəqliyyat və kənd təsərrüfatını, həmçinin korrupsiya ilə mübarizənin intensivləşdirilməsini müzakirə edib.
V.Nuland korrupsiyanı “demokratiyanın qatili” adlandırıb: “Biz qərara aldıq ki, bu dialoqu davam etdirək və onu xüsusi format-vətəndaş cəmiyyətinə və demokratikləşməyə dair Amerika-Azərbaycan dialoqu formatında möhkəmləndirək”.
Diplomat əlavə edib ki, bu, ABŞ-la Azərbaycan arasında ikitərəfli struktur olacaq və Azərbaycanla Avropa Şurası arasında analoji təşəbbüslə paralel işləyəcək.
Viktoriya Nuland Azərbaycanda siyasi qüvvələrlə hakimiyyət arasında dialoqun bərpasını da alqışlayıb. Onun sözlərinə görə, belə dialoq Azərbaycanın gələcəyi üçün çox mühümdür. Diplomat danışıqlar zamanı Azərbaycanda insan haqları məsələsinə də toxunulduğunu deyib.
“Dünyada ən güclü dövlət dövlətlə vətəndaşlar arasında açıq dialoqun olduğu dövlətdir”- o bildirib.
Qeyd edək ki, ABŞ-la Azərbaycan arasında vətəndaş cəmiyyəti və demokratikləşməyə dair ikitərəfli danışıqlar formatının yaradılmasına dair razılıq siyasi baxımdan mühüm hadisədir.Belə ki, ABŞ-la Azərbaycan arasında demokratiya və insan haqlarına dair dialoq formatı əvvəllər də olub. ABŞ-la Azərbaycan arasında imzalanmış ikitərəfli strateji tərəfdaşlıq haqda sazişin bəndlərindən biri məhz insan haqları və demokratiya problemlərinə dair dialoq formatının yaradılmasını nəzərdə tutur.
Bu format çərçivəsində dövlət katibinin insan haqları üzrə köməkçisi ilə rəsmi Bakı təmsilçiləri arasında hər il azı iki müzakirə keçirilirdi. Lakin 2008-ci ildən etibarən bu format işləməyib və paralel olaraq münasibətlər gərginləşib.
---------

Viktoriya Nuland isə bu suala özünəxas şəkildə cavab verməyə çalışıb. O bildirib ki, ABŞ hökuməti ilə Azərbaycan arasında, həmçinin Azərbaycan hökuməti ilə vətəndaş cəmiyyəti arasında normal münasibətlər qurulub.
Nuland qeyd edib ki, bu cür vəziyyətdə inqilaba zərurət ola bilməz: “Rəngli inqilab o vaxt ola bilər ki, hökumətlə vətəndaş cəmiyyəti arasında uçurumlar olsun. Azərbaycanda inqilabdan söhbət gedə bilməz”.
Qeyd edək ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland Bakıya səfəri zamanı prezident İlham Əliyevlə də görüş keçirib. Səfər şərçivəsində həmsədrlərlə də görüş baş tutub. Nuland Bakıdakı görüşləri zamanı rəsmilərlər Dağlıq Qarabağdakı son vəziyyəti müzakirə edib.
----

APA-nın xəbərinə görə, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland Azərbaycana səfərinin yekunları ilə bağlı deyib.
V. Nuland Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşdüyünü bildirib: “Bütün görüşlərdə eyni mesajı çatdırmışıq ki, ABŞ Azərbaycanla 20 ildən artıq dövrdə quruduğu əməkdaşlığı yüksək dəyərləndirir. Biz Azərbaycanı müstəqil, demokratik ölkə kimi görmək istəyirik. Biz istəyirik ki, ötən iyirmi ildə qurduğumuz əlaqələri davam etdirək. Mən 1993-cü ildən Bakıya səfərlər etdirəm. Ölkələrimiz arasında üç sahə - təhlükəsizlik, iqtisadiyyat-enerji və demokratiya sahələri üzrə əməkdaşlıq var.
Təhlükəsizlik sahəsində, terrorizmə və ekstremizmə qarşı mübarizədə Əfqanıstan və Kosovoda çiyin-çiyinə mübarizə aparmışıq”.
ABŞ rəsmisi onu da deyib ki, onunla birgə Azərbaycana ölkəsinin Müdafiə Nazirliyinin, ABŞ-ın Avropa Komandanlığının nümayəndələri, Müdafiə Nazirliyinin bölgə üzrə təmsilçiləri də gəlib: “Birgə təlimlər, Azərbaycanda sülhyaratma qüvvələrinin öyrədilməsi, gücləndirilməsi sahəsində müzakirələr aparılır”.


Şərhlər