ATƏT-in Minsk qrupunun həmsədrləri Sarkisyan və Nalbandyanla görüşəcəklər
ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıya səfərdən sonra bu gün İrəvana səfər ediblər. Anspress armenpress-ə istinadən xəbər verir ki, gün ərzində həmsədrlərin Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşü gözlənilir.
ATƏT-in Minsk qrupunun həmsədrləri Bakı və İrəvan səfərlərindən qabaq fevralın 11-də Finlandiyanın paytaxtı Helsinkidə bir araya gələrək, məsləhətləşmələr aparıblar.


Şərhlər