Menu

"Tərəflərin danışıqlar üçün daha bir şansı olacaq” - Uorlik

17.02.2015, 16:05

uorlik ceyms“Dağlıq Qarabağ münaqişəsi tərəflərinin danışıqlar üçün daha bir şansı olacaq”. APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistan Xarici İşlər Nazirliyinin binasında həmsədrlərin hər hansı yeni təkliflərinin olub-olmaması ilə bağlı jurnalistlərin sualına cavabında deyib. “Hələlik bu günə heç nə yoxdur”, - deyə o, söyləyib.

Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanda səfərdədir. Onlar Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər. Ermənistanın prezidenti Serj Sarkisyanla da görüş keçiriləcək. Səfər çərçivəsində vasitəçilər Dağlıq Qarabağa da gedəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol