Fevralın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində hüquqşünas İntiqam Əliyevin məhkəmə prosesi davam edib. Hakim məhkəmə başlayan kimi zərərçəkənlərin dindirilməsini istəyib. Ancaq İntiqam Əliyev və vəkilləri buna etiraz ediblər. İntiqam Əliyev deyib ki, ittiham ona aydın deyil, ona görə də necə müdafiə olunacağını bilmir.
Bu zaman hakimlə İntiqam Əliyev arasında mübahisə yaranıb. Yaşanan qısa gərginlikdən sonra hakim ittihamla tanışıqla bağlı vəsatəti təmin edib. Amma məhkəmə prosesinin daha geniş zalda keçirilməsi ilə bağlı vəkillərin vəsatəti rədd edilib.
İntiqam Əliyev məhkəmənin tərkibinə etiraz edib. O bu günədək vəsatətələrin əksəriyyətinin təmin olunmadığını əsas gətirərək məhkəməni qərəzli və tərəfli olmaqda ittiham edib, bununla bağlı yazılı etiraz da təqdim edlib. Hazırda məhkəmə fasiləyə gedib.

Əsasən bunlar mühasib Gülşən Orucova və onun bacısı Əfsanə Orucovanın bank hesablarıdır (istintaqın məlumatına görə, G.Orucova bacısının hesabına 119 min manat köçürüb, guya bu pullar İ.Əliyevə verilib).
Lakin istintaq 77 ödəniş tapşırığından yalnız 29-nu yoxlayıb və onlardakı imzalar saxta olub. “Bu, açıq-aşkar saxtakarlıqdır və bu səbəbdən də istintaq ekspertizaya getməyib”, - İ.Əliyev qeyd edib.
O, vətəndaş cəmiyyəti ilə haqq-hesab çəkmək üçün məhkəmənin siyasi xarakterli olduğunu bildirib.
Məhkəmə prosesi fasilədən sonra davam etdirilib. Prosesdə zərərçəkmiş qismində Gülşən Orucova ifadə verib. Onun dedikləri istintaqdakı ifadəsilə ziddiyyət təşkil edib. Zərərçəkən müdafiə tərəfinin sualları qarşısında cavab tapa bilməyib. Bu səbəbdən də hakim qəflətən prosesin təxirə salındığını elan edib.
İntiqam Əliyevin məhkəməsi 3 mart saat 11:00-da davam etdiriləcək.
Xatırladaq ki, Intiqam Əliyev ötən il avqustun 8-də həbs olunub. Ona qarşı vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq, mənimsəmə kimi ittihamlar irəli sürülüb. Lakin yerli və beynəlxalq ictimaiyyət bu ittihamların qondarma olduğu, Intiqam Əliyevin hüquq-müdafiə sahəsindəki fəaliyyətinə, xüsusən Avropa Məhkəməsinə göndərdiyi şikayətlərə görə siyasi sifariş əsasında həbs olunduğu qənaətindədir. Təsadüfi deyil ki, “Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı Intiqam Əliyevi “vicdan məhbusu” elan edib. Hüquq müdafiəçisi həbsindən sonra “Saxarov” mükafatına layiq görülüb. Eyni zamanda, Intiqam Əliyevin adı dünyada ən məşhur 11 siyasi məhbusların siyahısına daxil edilib. Onun azadlığa buraxılması üçün beynəlxalq aləmdən Azərbaycan hökumətinə çoxsaylı çağırışlar olub.


Şərhlər