Menu

Bakıda dollar təlaşı davam edir

18.02.2015, 14:52
Bakıda dollar təlaşı davam edir

Bakıda dollar böhranı yaşanır. Belə ki, musavat.com-un əməkdaşının verdiyi məlumata görə, Bakının 28 may kücəsi 69d ünvanında yerləşən "Kapital bank"ın valyuta mübadilə məntəqəsinə

inkasatorlar ilə dollar gətirilir. Şöbənin qarşısına yiğişan vətəndaşlar əllərindəki manatlarını xarici valyutaya dəyişməyə çalışırlar.

Bankın qarşısında Post Patrul Xidmətinin əməkdaşları xidməti maşınları ilə post qurublar. Maraqlıdır ki, valyuta mubadiləsi məntəqəsinin jalyuz pərdələri tam açılmayib və bütün proses qara şüşələr arxasından aparılır.

Valyuta dəyişmə məntəqəsinin divarında asılmış məzənnə lövhəsində heç bir rəqəm asılmayıb. Ona görə də, pullarin hansı kursla dəyişdirildiyi məlum deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol