Menu

"Rusiya biabır oldu" - Poroşenko

18.02.2015, 15:16
"Rusiya biabır oldu" - Poroşenko

“Hərbçilərimiz onları Debaltsevoda mühasirəyə salmaq istəyənlərin dərsini verib. Bunun nəticəsində dünənə qədər bizim əsgərlərdən ağ bayraq qaldırıb təslim olmalarını tələb edən Rusiya biabır olub”. APA-nın “112.ua” saytına istinadən verdiyi xəbərə görə, bunu Ukrayna prezidentiPyotr Poroşenko müharibə zonasına yola düşərkən deyib.

P. Poroşenko Debaltsevodan çıxan qüvvələrin yeni müdafiə mövqeləri tutduğunu söyləyib. O, Debaltsevosda uzun müddət müdafiə olunan Silahlı Qüvvələrin 128-ci dağ-piyada briqadasının komandiri Sergey Şeptaloya “Ukrayna Qəhrəmanı” adını verəcəyini açıqlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol