Menu

“Ukrayna savaşı uduzarsa...” - Polşa kəşfiyyatı

18.02.2015, 19:09
“Ukrayna savaşı uduzarsa...” - Polşa kəşfiyyatı

Debaltsevo effekti Ukraynada daxili stabilliyi zəiflədəcək və ölkə üçün neqativ nəticələrə gətirib çıxaracaq. Axar.az xəbər verir ki, bu açıqlama ilə Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Stanislav Kozey çıxış edib. O, Ukraynanın Rusiya ilə mübarizədə tək olduğunu bildirib:

“Minsk danışıqları artıq işləmir. Müqavilə imzalandı, amma Ukrayna və Rusiyanın Baş Qərargahlarının rəisləri gərək oraya gedib nə isə edəydilər. Görürsünüz ki, heç nə razılaşdırılmayıb. Yenə də hər kəs öz mövqeyində qalıb. Debaltsevo effekti Ukraynada daxili stabilliyi zəiflədəcək və ölkə üçün neqativ nəticələrə gətirib çıxaracaq. Ukrayna öz müstəqilliyi üçün mübarizədə təkdir. Qərb Kiyevə az kömək edir və Rusiyanı saxlamaq üçün heç nə etmir. Bu, Avropanın vahidliyi və təhlükəsizliyi baxımından düzgün deyil. Təsəvvür edin ki, Ukrayna savaşı uduzacaq. Bu, artıq soyuq müharibənin başlaması olacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol