Menu

Şimali Koreya prezidenti ölkənin ikinci adamını işdən qovdu (FOTO)

09.12.2013, 10:06
Şimali Koreya prezidenti ölkənin ikinci adamını işdən qovdu (FOTO)

Ekspertlərin fikrincə Kim Çen In “boz kardinal” kimi tanınan qohumunu işdən çıxartmaqla həm də atasının kadrlarından yaxasını qurtarıb

Şimali Koreyada prezident Kim Çen In bibisinin həyat yoldaşı və ölkədə böyük nüfuz sahibi olan Çan Son Txeki vəzifəsindən kənarlaşdırıb. ANS PRESS-in məlumatına görə, buna səbəb onun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rüşvət alması olub.

Yerli media Çan Son Txekin öz cinayətkar əməlləri ilə dövlətin imicinə zərər vurması ilə bağlı xəbər yayıb.

Hətta dövlət televiziyası Çan Son Txekin sənədli filmdən görüntülərini çıxarıb. Ekspertlər filmin əvvəlki yayımları ilə sonuncu arasında müqayisə apararkən vəziyyətin fərqinə varıblar. Dövlət televizyasının bu addımı rəsmi Seulun marağına səbəb olub.

Ekspertlərin sözlərinə görə, rəsmi Pxenyanın bu hərəkəti ölkədə stabilliyin pozulmasına gətirib çıxara bilər. Pxenyana müxalif qüvvələrin bu fürsətdən istifadə edəcəyi ehtimalları isə yüksəkdir.

Çan Son Txek Şimali Koreyanın Dövlət Müdafiə Komitəsinin sədr müavini vəzifəsində çalışırdı. O, nüfuzuna görə, prezidentdən sonra ikinci ən yüksək rütbəli şəxs sayılırdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol